Tramp Kim Çen In haqda: `Onun dostu olmağa çalışıram`


13:21     12 Noyabr 2017 2017-02-11-1486846762-7068853-trump.jpg


ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen In ilə nə vaxtsa dost ola biləcəyini istisna etmir.

Femida.az xəbər verir ki, ABŞ prezidenti bu barədə öz "Twitter" səhifəsində yazıb.

Tramp bildirib: "Niyə Kim Çen In məni "qoca" adlandıraraq təhqir etdi, mən axı onu heç vaxt "balaca və kök" adlandırmıram. Neyləmək olar, mən onun dostu olmağa çalışıram - bəlkədə bu nə vaxtsa olacaq".

Femida.az

Açar sözlər:

Oxunub: 902